Bakıda evlərdən oğurluq edən paytaxt sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb. Bu, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində mqümkün olub. Məlumatı DİN mətbuat xidməti verib.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırma aparılır.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
P.ƏMİRCANOV
XQ