Disleksiya – korazehinlik

post-img

Digər adı öyrənmə pozuntusu olan “disleksiya” sözü termin ola­raq ilk dəfə 1887-ci ildə oftalmoloq Rudolf Berlin tərəfindən təqdim olu­nub. O, bu termini bütün fəaliyyət sahələrində normal intellektual və fiziki qabiliyyətlərinə baxmayaraq, oxumağı və yazmağı öyrənməkdə çətinlik çəkənlər üçün istifadə edib. “Söz korluğu” kimi də tanınan bu problem illər keçdikcə daha dərin­dən öyrənilməyə və təkmilləşdiril­məyə başlanılıb.

Bu barədə Avropa Disleksiya Bir­liyinin və Türkiyə Disleksi Dərnəyinin rəsmi təmsilçisi Təranə Möhsünova ilə söhbətləşdik. Azərbaycanda bu sahə üzrə ilk təlimçi, Disleksiya və Uşaq İnkişaf Mərkəzlərinin yaradıcısı olan gənc müəllim T. Möhsünova artıq altı il­dir ki, peşəkar səviyyədə bu təlim növü ilə məşğul olur. Həmsöhbətim, həmçi­nin disleksiya ilə bağlı bir neçə dəyərli kitabların da müəllifidir. 

– Zəhmət olmasa deyərdiniz, dis­leksiya nədir və yaranma səbəbləri hansılardı?

– Disleksiya öyrənmə çətinliyidir. Əsasən oxu bacarıqları üzərində for­malaşıb və hər hansı sahədə olan öy­rənmə pozuntusudur. Bu hala üstün və normal zəkaya sahib olan insanlarda daha çox rast gəlinir. Disleksiyanın ya­ranmasının iki səbəbi var: genetik və sosial. 

Genetik baxımdan araşdırmalara görə, ana hamiləlik dönəmində hər hansı ciddi xəstəlik keçirib və ya trav­ma yaşayıbsa, ata narkotik və ya al­koqollu içkilərdən aşırı dərəcədə isti­fadə edibsə, bu, yeni doğulan körpədə ən yaxşı halda disleksiya ilə nəticələnə bilir. Bu cür xəstəlikdən əziyyət çəkən uşaqların problemi müxtəlif oyunlar və dinləmələr vasitəsilə həll olunur. 

Sosial amilə isə erkən doğum və ya dünyaya gələn körpənin çəkisinin az olması, sarılıq keçirməsi, ağır infeksi­yalara məruz qalması, gec danışması və s. aiddir. Amerika Psixiatriya Asso­siasiyasının tibbi diaqnoz təsnifat sis­teminə uyğun olaraq bu diaqnoz uşaq psixiatrı tərəfindən 6 yaşdan sonra – məktəb dövrü başlayanda qoyulur. Disleksiya - öyrənmə çətinliyi ömür boyu davam etdiyi üçün, demək olar ki, bütün yaş aralıqlarında olan insanlarda bu halla rastlaşırıq. 

– Hər peşənin özünəməxsus çə­tinlikləri olur. Maraqlıdır, bu sahədə hansı çətinliklər var?

– Qeyd edim ki, disleksiya ilə məş­ğul olmaq özü çətin bir prosesdir. Buna görə də, bu uşaqlarla işləmək çox bö­yük diqqət və səbir tələb edir. Təlim prosesi zamanı onlarda öyrənməyə qarşı biganəlik hissi olur. Buna görə də, dərs oxuyan zaman qızdırması qalxan, ürəyi bulanan, tez-tez sidik qa­çıran, epilepsiyası olan uşaqlara tez-tez rast gəlinir. 

– Siz paytaxtla yanaşı, bölgələri­mizdə də disleksiya ilə bağlı təlimlər keçirirsiniz. Bu barədə qısa məlu­mat verərdiniz.

– Rayonlarda istər müəllimlər, istər­sə də pedaqoqlar olsun, bu sahə üzrə bilikləri olduqca aşağı səviyyədədir. Buna görə də biz mərkəz işçiləri ola­raq bununla bağlı tez-tez bölgələrimizə səfər edir, təmənnasız təlimlər keçirik. Həmçinin onları disleksiya sahəsində olan yeniliklərlə tanış edir, təlim vəsa­itləri ilə təmin edirik. 

 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”

Müsahibə