“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının nəzərinə!

post-img

21 iyul 2025-ci il saat 14.00-da Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binada “Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir:

Ümumi yığıncağın gündəliyi:

1. “Xətai-Rabitə-Tikinti”ASC-nin icra orqanının dəyişdirilməsi.

2. “Xətai-Rabitə-Tikinti” ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

3. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda iştirak etmək vacibdir.

Ünvan- Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X.

“Xətai-Rabitə-Tikinti” ASC-nin direktorlar (müşahidə) şurası

Reklam və elan