Baş nazir İrakli Kobaxidze Tbilisi Cümə Məscidində olub

post-img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edib. Hökumət başçısı bayram münasibətilə Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri ilə birlikdə Tbilisi Cümə Məscidində olub. Baş nazir ölkənin inkişafında müsəlman icmasının mühüm rolundan danışıb və qeyd edib ki, dövlət onlara dəstəyini gələcəkdə də davam etdirəcək.

“O qədər milli, həm də dini müxtəlifliyimizlə ölkəmiz qürur duyur. Aramızda formalaşmış münasibətlər və dostluq bizim üçün böyük qürur mənbəyidir. Biz bu münasibətləri böyük diqqətlə qoruyuruq və gələcəkdə də qoruyacağıq. Gürcüstan hökuməti müsəlman icmasının maraqlarına maksimal dərəcədə diqqət göstərir və bu qayğı gələcəkdə də davam edəcək. Siz ölkəmizin irəliləyişi və inkişafında çox böyük rol oynayırsınız və bunun üçün sizə dərin təşəkkürümü bildirirəm”, – deyə İrakli Kobaxidze qeyd edib.

Məsciddə toplaşmış müsəlman inanclı insanları Qurban Bayramı münasibətilə Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşaqmadze, Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov və şeyxi Faiq Nabiev də təbrik ediblər. Qurban Bayramı ilə bağlı tədbirə diplomatik korpusun nümayəndələri də qatılıblar.



Son xəbərlər