Mask üçüncü qüvvə yaradır?

post-img

ABŞ prezidenti Donald Trampla münasibətləri korlanan amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində “amerikalıların əksəriyyətinin” yeni siyasi partiyanın lehinə danışdığını və onu “Amerikanın Partiyası” adlandırmağı təklif etdiyini açıqlayıb.

Onun sözlərinə görə, X platformasında keçirilən sorğuda 5,6 milyondan çox iştirakçının 80%-i belə bir partiyanın yaradılması ideyasını dəstəkləyib. Mask bu addımını, xüsusən də Trampla ictimai münaqişəsindən sonra özünü nə Demokratlar, nə də Respublikaçılar tərəfindən təmsil olunduğunu hiss etməyənlərə səs vermək istəyi ilə izah edib.

ABŞ prezidenti ilə amerikalı milyarder arasında ictimai mübahisə cümə axşamı Trampın Maskın köməyi olmadan prezident seçkilərində qalib gələcəyini deməsi ilə alovlanıb. Daha sonra Mask X-də tənqidi qeydlə başlayan bir sıra yazılar dərc etməyə başlayıb: guya, onun köməyi olmasaydı, “Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda 51 yerə yox, 49 yerə sahib olardılar”. Sonrakı yazılarında Mask, onun sözlərinə görə, onsuz da böyük olan ABŞ büdcə kəsirinin artırılmasını nəzərdə tutan One Big Beautiful qanun layihəsini kəskin tənqid etməyə başlayıb. 

S.ELAY

XQ

 

 

Dünya