“Qərarı mən verəcəyəm”: Tramp Rusiyaya qarşı sərt sanksiyalar barədə

post-img

ABŞ prezidenti Donald Tramp ölkənin Ukrayna ilə müharibəsinin uzanmaqda davam etdiyi bir vaxtda “lazım gələrsə” Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib.

CNN xəbər verir ki, o, “Air Force One” təyyarəsində jurnalistlərə deyib: “Əgər Rusiyanın sövdələşməyə getməyəcəyinə və ya qan tökülməsini dayandırmayacağına inanıramsa... Lazım gələrsə, bundan istifadə edəcəyəm”.

O əlavə edib ki, bir çoxu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayan senatorlar yekun qərarı onun ixtiyarına buraxırlar.

"Mən onlarla bu barədə danışmamışam. Onların qanun layihəsi var, amma bu məndən asılıdır, bu mənim seçimimdir. Onlar bunu belə ediblər və əgər belə olsaydı, bu, çox vaxta qənaət etmiş olardı. Ona görə də bununla razıyam. Hələ ki, ondan istifadə edib-etməmək barədə qərar verməmişəm. Bu, çox güclü qanun layihəsidir", - o əlavə edib.

S.ELAY

XQ

Dünya