Hekayə müsabiqəsinin qalibləri

post-img

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə yaşı 35-dək gənc yazarlar arasında görkəmli qələm ustası, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi keçirib.

Mövzu seçimi sərbəst olan və gənc yazarların yaradıcılığının daha da püxtələşməsinə xidmət edən mü­sabiqədə münsiflər tərəfindən 8 finalçı müəyyənləşdirilmişdi. Bu günlərdə isə qalib və mükafatçıların adları açıqla­nıb. Cavid Babayev “Üçnəfərlik mo­tosikletlər” hekayəsinə görə 1-ci yerə layiq görülüb. Qeyd edək ki, finalçıların hekayləri dərc edilərkən ən çox oxunma sayını da məhz bu hekayə qazanmışdı.

Gənc yazarlar Orxan Cuvarlı 2-ci, Xan Abdulla 3-cü yerlərdə qərar tutub­lar. Bəşir Niftəliyev və Səma Quliyeva isə həvəsləndirici nominasiyada yer alıblar. Müsabiqənin mükafatlandırma mərasimi AYB-də baş tutacaq.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət