“Qaya”nın susmaz əks-sədası

post-img

...“Qaya” oxuyurdu. Dinləyiciləri romantik aləmə aparırdı. Qobustan qayalarını, möcüzəli qavaldaşı yada salırdı, həm də gəncləri sabaha səsləyirdi. Bu, şöhrəti dünyaya yayılan Azərbaycanın əfsanəvi kvarteti idi. 

Lap bu yaxınlara qədər sə­si-sorağı gəlirdi “Qaya”nın. Məş­hur bakılı “dördlüyün” – Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev və Lev Yelisavetskinin ahəngdar səsləri hamını heyran qoymuşdu. Sonra Xalq artisti Rauf Babayev rəsmi status almış “Qaya” Dövlət Caz Ansamblının nəzdində “Bəri bax” uşaq vokal ansamblını yaratdı və 2020-ci ildə vəfatınadək bu kollektivə rəhbərlik etdi...

Beynəlxalq Muğam Mərkəzin­də indiki “Qaya” Dövlət Ansamblı­nın konserti hər kəsi ötən günlərə apardı. Xatirələr dilə gəldi, kvartetin “mö­hür” vurduğu nəğmələr səsləndi. Düşün­dük ki, “Ey həyat, sən nə qəribəsən”... 

Konsert boyunca caz təranələri və klassik musiqinin sintezi fantastik bir ruhda təqdim olundu. İnstrumentalçılar da virtuoz çıxışları ilə heyrət doğurdular. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət