Rəssamlığın xilaskarlıq missiyası

post-img

“Dünyanı sənət xilas edəcək!” Bu günlərdə sənətsevərlər “Atatürk Mərkəzi”n­də bu fikrin işığına – yenicə çapdan çıxmış eyni adlı kitab-kataloqun təqdima­tına toplaşmışdılar. 

Tədbiri giriş sözü ilə açan “Uluslarla­rası Aktvist Sənətçilər Birliyi”nin Azərbay­can üzrə təmsilçisi, rəssam Nəvai Metin kitabda 125 ölkədən 135 sənətçinin əsər­lərinin toplandığını bildirdi. Rəssam bu qurumun əsas məqsədlərinin incəsənəti sevdirməklə, gənc istedadları üzə çıxar­maq olduğunu söylədi. 

Xalq rəssamı Arif Hüseynov kata­loqun nəşrini nəcib iş kimi alqışladı və 1990-cı illərdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət kataloqun çap olun­duğunu yada saldı. Rəssam təklif etdi ki, hər bir türk ölkəsinin rəssamlarının da ayrıca kataloqunun nəşri günün tələbinə uyğun olardı. 

Sənətşünas Ziyadxan Əliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin eks­perti Əkbər Qoşalı, Qazax Xeyriyyə İcti­mai Birliyinin sədri İlham Pirməmmədov, ədəbiyatşünas Rüstəm Kamal kataloqun nəşrini sənət aləmində hadisə adlandır­dılar, onun təşəbbüskarlarına və məra­simin təşkilatçılarına minnətdarlıq duy­ğularını ifadə etdilər. Digər natiqlər yeni kitab-kataloqun məziyyətlərindən danış­dılar. 

Tədbirdə rəssam Nəvai Metinin əsər­ləri də nümayiş olundu.

Ceyhun MİRZƏLİ

Mədəniyyət