İzmirdə Qarabağ bölgəsindəki Alban abidələri haqqında konfrans keçirildi

post-img

Türkiyənin Egey Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunda "Azərbaycanın Qarabağ bölgəsində Alban abidələri" mövzusunda konfrans keçirildi. Açılış mərasimində Türkiyə Cumhuriyyətinin qurucusu  Mustafa Kamal Atatürk və silahdaşlarının, Birinci və İkinci Qarabağ savaşlarında həyatlarını itirən şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurban və İzmir elmi ictimaiyyətinin çoxsaylı nümayəndələrinin də iştirak etdiyi yığıncağı Türk Dünyası Araşdırmalar İnstitutunun müdiri Nadim Məcid açaraq, çalışdıqları elm və təhsil oçağında Türk Dünyasının marağında olan hər bir məsələnin öyrənilməsinə xüsusi önəm verildiyini vurğuladı. Əlavə etdi ki, bu baxımdan qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının tarixi ilə bağlı abidələrin öyrənilməsi xüsusi önəm kəsb edir. Çünki Qafqaz Albaniyasının tarixi, mədəni irsi illərdən bəri Azərbaycan torpaqlarına göz dikənlərin əsassız iddialarına tutarlı cavabdır. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də tikilmişdir. Amma ermənilər bu bölgədə olduqları 30 ildə tarixi Alban kilsələrini və monastırlarını ermənilərşdirməyə, “qədim erməni abidəsi” kimi təqdim etməyə çalışmışlar. Tarixdə  ermənilərin bu çür qondarma fəaliyyətlərindən və  bir çox nümunələrdən söz açmaq olar. Tarixi Alban abidələri və onlar haqqındakı erməni uydurmaları  bunun ən tipik örnəyidir.

Egey Universitetinin prorektoru Banu Yücel konfrans iştirakçılarını salamladı və  bildirdi ki,  Qafqaz dünyanın ən zəngin bölgələrindən biridir. Cənubu Qafqazın parlayan ulduzu olan Azərbaycanın burada önəmli yeri var. Belə bir yığıncağın burada keçirilməsi və bilavasitə Can Azərbaycanla əlaqədar olması da bunun təsdiqidir. Əminəm ki, yığıncaqda Qarabağdakı Alban abidələrindən, bu abidələrin işğal dövründə vandalizmə məruz qalması, eləcə də Qarabağın işğaldan azad edilməsindən sonra tarixi-mədəni abidələrin bərpası istiqamətində görülən işlərdən ətraflı danışılacaq. Suverenliyini qazanan Qarabağ Azərbaycandır.

Konfransın moderatoru, Türk Dünyası Araşdırmaları İnstitunun bölmə müdiri  Vəfa Kurban Dağlıq Qarabağ və ətraf rayonlarda 100-dən çox qədim Alban dini abidəsinin olduğunu  bildirdi. Qeyd etdi ki, XX əsrin ən böyük faciəsini-Xocalı faciəsini törədənlər Xocalı əhalisini soyqrıma məruz qoydular. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbrstanlığını  darmadağın etdilər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Ermənistan 30 illik işğal və təcavüz dövründə Qarabağ  və Şərqi Zəngəzurun İslam abidələrinin məhv edilməsilə  yanaşı Azərbaycanın qədim dövləti, minillik tarixə  malik Qafqaz Albaniyasının tarixi yadigarları olan alban xristian abidələrinin də  ermənilədirilməsi siyasəti apardılar.

Konfransda çıxış edən Azərbaycanlı qonaq, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirdi ki, erməni işğalı illərində Qafqaz Albaniyasının çox əsrlik tarixinin Qarabağ və Zəngəzur ərazisindəki maddi və mənəvi irsinin  böyük bir qismi tamamilə yox edilmişdir. Ermənilər burada alban məbədlərini alban memarlığı üçün xarakterik olmayan, erməni arxitekturasına aid elementlər əlavə etməklə, yenidən qurmağa başlayıblar. Orta əsr alban abidələri üzərində erməni dilində yazılar yenidən həkk edilib, bununla da Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsinə başlanılıb.

XX əsrin əvvəlində Erməni qriqoryan kilsəsi Rusiya Alban kilsəsinin arxivlərini, həmçinin Gəncəsər məbədində saxlanılan çox qiymətli tarixi sənədlərin və alban ədəbiyyatının orijinal nümunələrinin saxlandığı Albaniya patriarxlarının kitabxanasını məhv ediblər. Qədim alban məbədi Gəncəsər (Qandzasar) monastırıni isə özününküləşdirməyə çalışırlar. Bu monastır Kəlbəcər rayonunun Vəngli kəndində yerləşir. Gəncədağda tikildiyi üçün Gəncəsar adlanır. 

Konfrans Egey Üniversiteti Türk Dünyası Araşdırmalar İnstitutunun müdiri Nadim Məcidin çıxışçı və  iştirakçılara minnətdarlığı ilə sona yetdi.   

XQ

 







Mədəniyyət