Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs yaxalanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, o, 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğludur.
İsgəndərov Telman Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rizvan FİKRƏTOĞLU
XQ