Qədim Səmərqənd şəhərində möhtəşəm İmam Buxari məqbərəsinin açılışı olub

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənddə yenidən qurulan möhtəşəm İmam Buxari məqbərəsinin açılışını edib. 

Əvvəl Qurandan ayələr oxunub, dualar edilib. 

İmam Buxari kompleksi İslam dünyasında şərəfli yer tutan görkəmli hədis aliminin yüksək statusunu və geniş mənəvi irsini ahəngdar şəkildə əks etdirən möhtəşəm bi mərkəzdir.

Kompleksin yaradıldığı 45 hektar ərazidə əzəmətli məqbərə, 10 min nəfərlik məscid, inzibati bina, muzey var. Kompleksin dörd küncündəki 75 metr hündürlüyündəki minarələr kompleksə xüsusilə monumental görünüş verir.

Bu mərkəz təkcə ziyarət yeri deyil, həm də elm, təhsil və əxlaqi nümunə məkanıdır. İmam Buxarinin tədqiqat və intellektual irsinin zəvvarlar, xüsusən də gənclər üçün öyrədilməsi məqsədi ilə kompleks daxilində innovativ bir muzey yaradılıb. Bu, İslam dünyasında hədis sultanı kimi tanınan İmam Buxarinin həyatını və elmi fəaliyyətini, eləcə də İslam elmi və mədəniyyətinin inkişafındakı töhfələrini əks etdirir.

Kompleks əvvəllər gündə 12.000 ziyarətçi qəbul edirdisə, indi beynəlxalq standartlara uyğun olaraq gündə 65.000 qonağı qəbul edə bilir. Buurada İmam Buxari Beynəlxalq Tədqiqat Mərkəzi və Hədis Elmləri Məktəbi də yerləşir.

Bu böyük ziyarət mərkəzində otellər, pərakəndə satış və xidmət obyektləri tikilib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Səmərqənd



Mədəniyyət