Qadın şahmatçılarımız Dünya 2-cisidir

post-img

17 - 24 noyabr tarixlərində İspaniyanın Linares şəhərində keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında Dünya çempionatına yekun vurulub.

Finala qədər bütün rəqiblərinə qalib gələn Azərbaycan millisi son qarşılaşmada FIDE komandası ilə görüşüb. Hər iki oyunda FIDE komandası qalib gəlib (3:1; 2,5:1,5).

Beləliklə, Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan komandasını Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva təmsil edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.

Qabil YUSİFOĞLU
XQ

İdman