Azərbaycan Turizm və Menecment Universiteti kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir

post-img

Humanitar və sosial elmlər kafedrası üzrə - 1 yer

Mehmanxana və restoran işi kafedrası üzrə - 1 yer

Menecment kafedrası üzrə - 1 yer

Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] e-mail ünvanı vasitəsilə elektron qaydada da qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Rektorun adına ərizə

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə)

3. Tərcümeyi-hal

4. Şəxsiyyət vəsiqəsinin surəti

5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiqlənmiş surətləri

6. Elmi və elmi-metodiki işlərin siyahısı

7. Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Müsabiqə elan edilən müəssisədə çalışan namizədlərdən isə yalnız aşağıdakı sənədlər tələb olunur:

1. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri

2. Elmi və elmi-metodiki işlərin siyahısı

3. Kafedra müdirinin (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Telefon: 564-42-33 (daxili-115).

Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103-cü otaq.

Qeyd: namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

Reklam və elan