Amerika alimi dünya rekordu vurdu

post-img

Amerikalı alim Cozef Dituri dünya rekorduna imza atıb. Belə ki, alim 100 gün sualtı "Jules' Undersea Lodge" otelində qaldıqdan sonra yeni dünya rekorduna imza atıb.

Floridada yerləşən otel təxminən 6,7 metr dərinlikdə yerləşir və su altında olan yeganə ABŞ otelidir. Oteldəki otağın ölçüsü təxminən 9,2 kvadratmetrdir və oradakı atmosfer təzyiqi səthdəkindən 70 faiz yüksəkdir.

“Dərin dəniz həkimi” kimi tanınan C.Dithuri daha əvvəl 74 gün su altında qalaraq rekorda imza atmışdı.

Onun məqsədi artan təzyiqin bədənə uzunmüddətli təsirlərini öyrənmək olub.

Anar ƏLİ,

“Xalq qəzeti”

Maraqlı