Rusiya ordusunun itkiləri

post-img

Ukrayna Baş Qərargahı Rusiya ordusunun itkiləri haqda məlumat yayıb. 

Məlumata əsasən, Rusiyanın müharibə başlayandan indiyə kimi 214 660 hərbçisi öldürülüb. 

Hərbi texnika baxımından isə Rusiyanın 3909 ədəd tankı, 7607 ədəd zirehli döyüş maşını, 3717 ədəd artilleriya sistemi, 600 ədəd reaktiv yaylım atəş sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6428 ədəd avtomobil texnikası, 3263 ədəd pilotsuz uçuş aparatı, 1176 qanadlı raketi, 18 gəmi/qayığ, 507 xüsusi avadanlığı sıradan çıxıb. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya