Zelenskinin Tramp və Makronla “vacib koordinasiya söhbəti”

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Ukrayna Prezidenti bu barədə iyunun 17-də X sosial media platformasında məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

Zelenskinin sözlərinə görə, bu, əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək “vacib koordinasiya söhbəti” olub. Tərəflər G7 sammitində keçirilən danışıqların nəticələrini müzakirə ediblər.

Ukrayna lideri Trampa Ukraynaya göstərdiyi diqqətə və sülhü təşviq etmək istəyinə görə təşəkkür edib. Zelenski həmçinin Makrona sammitin yüksək səviyyədə təşkili və ardıcıl birgə səylərinə görə minnətdarlığını bildirib.

Ukrayna prezidenti qeyd edib ki, “Biz Ukraynanı, əməkdaşlığımızı və diplomatik perspektivlərimizi gücləndirmək üçün çalışırıq”.

Zelenski Ukraynanın sülhə can atdığını və onu yaxınlaşdıracaq hər şeyi etdiyini vurğulayıb: “Bizə sülh lazımdır. Və biz onu yaxınlaşdıracaq hər şeyi edirik”.

P.ƏMİRCANOV
XQ

 

Dünya