Regional səviyyədə və qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan bir çox aspektlər baxımından artıq mühüm iştirakçıya çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, müstəqil xarici siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır.

