Azərbaycan dialoq və tolerantlıq mərkəzidir

post-img

Azərbaycan xalqı böyük sivizilizasiya keçmiş xalqdır. Bu xalq öz mədəniyyəti, incəsənət xadimləri, neftçiləri, mütəfəkkirləri ilə dünyada tanınır. Bu baxımdan, Azərbaycanı dialoq və tolerantlıq mərkəzi hesab etmək olar.

“Xalq qəzeti” xəbər verir ki, bunu ABŞ-ın Yuta Universitetinin professoru, politoloq Hakan Yavuz bildirib. 

Amerikalı alim bildirib ki, hazırda Azərbaycanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş böyük tədbirlər həyata keçirilir. Bu şəxsiyyətə nə qədər böyük önəm verdiyinizi izləyirik. Onun fəaliyyəti, həqiqətən, təqdirəlayiq olub. Azərbaycanda qeyd etdiyim sağlam milli münasibətləri, tolerantlıq ənənələrini məhz Heydər Əliyev möhkəmləndirmişdir.

Politoloq əlavə edib ki, möhkəm və demokratik dövlətin mədəniyyətlərarası dialoq və tolerantlıq ənənələri ilə daha da möhkəmləndiyi nəzərdən qaçmamalıdır. Azərbaycanda bu ənənəni kənardan istənilən obyektiv ekspert müşahidə edə bilər.

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər