Boris Conson deputatlıqdan gedir

post-img

İngiltərənin keçmiş baş naziri Boris Conson təmsil olunduğu deputat kürsüsünü  tərk etmək qərarına gəlib.

“Xalq qəzeti” xəbər verir ki, siyasətçi bu barədə yazılı açıqlamasında bildirib. Açıqlamada deyilir: "Mən Aksbric və cənubi Rayslip dairəsində seçki assosiasiyasına məktub yazaraq, istefa verdiyimi və əlavə seçkilərin keçirilməsi prosesini başlatdığımı bildirdim"

Britaniya mediasının məlumatına görə, B.Conson hökumətin koronavirus pandemiyasının müxtəlif mərhələlərində hərəkətlərini diqqətlə araşdırmaq və qarşısı alına biləcək mümkün səhvləri müəyyən etmək məqsədi daşıyan müstəqil açıq araşdırmanın nəticələrini öyrəndikdən sonra siyasətdən getmək qərarına gəlib.

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya