Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Mehti Mehtiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.