Filippinin cənubunda baş verən 7,8 maqnitudalı zəlzələ nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb. Yerli polisə istinadən AFP və "ABS-CBN News" agentliklərinin verdiyi məlumata görə, Mindanao adasında bir neçə bina uçub.
"Phivolcs" Dövlət Seysmoloji Agentliyinin məlumatına görə, zəlzələ Xeneral Santos şəhərində "dağıdıcı" olaraq hiss edilib — orada təkanların gücü Rixter şkalası ilə 7 bala çatıb. Davao şəhərində isə bütün səviyyələrdə iş və dərslər dayandırılıb. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır.
"Phivolcs"un hesabatında qeyd olunur ki, sunami dalğaları adi qabarma səviyyəsini bir metrdən çox üstələyir və bu vəziyyət bir neçə saat davam edə bilər.
Filippin prezidenti Kiçik Ferdinand Markos müvafiq cavab tədbirlərinin əlaqələndirilməsini Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyə, humanitar yardımın və təxliyə mərkəzlərinin hazırlanmasını isə Sosial Təminat Departamentinə tapşırıb. O, həmçinin Mindanaonun zərər çəkmiş rayonlarında tədris prosesinin dayandırılması barədə sərəncam verib.
S.ELAY
XQ

