Ermənistan MSK ilkin nəticələri açıqladı: Paşinyanın partiyası liderlik edir

post-img

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərində səsvermənin ilkin nəticələrini elan edib. 110 seçki məntəqəsindən 19,6 min bülletenin işlənməsindən sonra mövcud baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 57,14% səs toplayır.

İkinci yerdə 21,43% səslə milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi rusiyayönümlü "Güclü Ermənistan" bloku qərarlaşıb. Üçüncü yerdə isə eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku gəlir; onlar hələlik 8,21% səs toplayıblar.

Respublika MSK-nın məlumatına görə, seçkilərdə ümumi seçici fəallığı 58,97% təşkil edib, səsvermədə 1 milyon 476 min 697 seçici iştirak edib.

XQ

Son xəbərlər