Dünyanın müxtəlif ölkələrindən jurnalistlər arasından ən yaxşılara verilən Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatı aprelin 22-də İstanbulda keçirilib.
Təqdimat mərasimində ölkəmizi Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, “Bayraqdar Media”nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət təmsil edib. O, artıq üçüncü ildir ki, Mükafatın Ekspert Şurasının üzvüdür.
Qeyd edək ki, Fetisov Jurnalistika Mükafatları ildə bir dəfə ekspert seçimi ilə dörd istiqamət üzrə verilir. Bunlar “Diqqətəlayiq araşdırma jurnalistikası”, “Sülhə diqqətəlayiq töhfə”, “Vətəndaş hüquqlarına töhfə” və “Ətraf mühit jurnalistikasında mükəmməllik” istiqamətləridir.
Xatırladaq ki, Fetisov Mükafatı dünya jurnalistikasında ən yüksək məbləğdə pul mükafatlarıdır.
XQ