Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Hüquq siyasəti komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev layihə barədə məlumat veriblər. Müzakirələrdə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli, sədr müavini Aidə Cəlilzadə, üzvlər Aidə Allahverdiyeva, Nüsrət Həsənov, Eldar Zeynalov, Qadir İbrahimov, Hacıfəxrəddin Səfərli və Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov hesabatla bağlı fikirlərini, qeyd, təklif və suallarını səsləndiriblər.
Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, Naxçıvan MR Nazirlər Kabinetinin hesabatı irad və təkliflər nəzərə alınmaqla Ali Məclisin müzakirəsinə tövsiyə olunub.