Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 6-da və 7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryəkdən ibarət olub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ