Xankəndidə yeni hərbi sursatlar aşkarlanıb

post-img

Aprelin 6-da və 7-də Xankəndi şəhəri ərazisində yenidən silah-sursatlar aşkarlanıb. 

DİN mətbuat xidmətinin veriyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə fəaliyyət davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər