May ayında PISA-2025 Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq.
Bu barədə XQ-yə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik-bacarıqlarını qiymətləndirmək, eyni zamanda, biliklərini real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.
Qeyd edək ki, sözügedən tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.
Rizvan FİKRƏTOĞLU
XQ