Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

post-img

Türkiyənin Milli Müdafiə Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

XQ xəbər verir ki, təbrik nazirliyin X sosial şəbəkəsində yer alıb.

“Qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir, Azərbaycan xalqını könüldən salamlayırıq.  Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışları ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Azərbaycan və Türkiyənin qardaşlığı”, - deyə paylaşımda qeyd olunur.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər