“TUSAŞ” ölkəmizin müdafiə sənayesi ilə əməkdaşlıq edəcək

post-img

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisidə iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Söhbət zamanı iki qardaş ölkə ara­sında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğu­ran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sərgi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçiriləcək birgə layihələr üzrə mühəndis texniki personalın hazırlanması məqsədilə iki qurum arasında niyyət pro­tokolu imzalanıb.

Qeyd edək ki, sərgi çərçivəsində Mü­dafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Ma­kina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər