Türkiyə ilk aviadaşıyıcını da yaratdı

post-img

Dünən Türkiyənin ilk aviadaşıyıcısı “TCG Anadolu” suya buraxılıb. Rəsmi mərasimdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər.

Ölkə mediasının ver­diyi xəbərə görə, gəminin Türk Silahlı Qüvvələrinin güclənməsində müstəs­na rolu olacaq. Bildirilir ki, “TCG Anadolu” TSQ-nin dünya sürətlə ikinci soyuq müharibəyə doğ­ru irəlilədiyi bir vaxtda transformasiyasını təmsil edir. Aviadaşıyıcı Afrika­dan Qafqaza qədər təsir dairəsinə malikdir. “TCG Anadolu”nun gövdəsinə silahlı pilotsuz uçuş apa­ratları da enə biləcək. 30 min tonluq “TCG Anadolu” kimi strateji döyüş gəmiləri əmə­liyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edir.

Ümumiyyətlə, Türkiyə müdafiə səna­yesinin texnoloji inkişafı və ixracat poten­sialı getdikcə artmaqdadır. Hərbi Dəniz Qüvvələrinin məqsədi artıq mərhələli şə­kildə açıq dəniz donanması qurmaq və onu robotlaşdırılmış döyüş imkanları ilə təchiz etməkdir. Ölkənin ilk təyyarə gəmi­si “TCG Anadolu” isə məhz bu məqsədə nail olmaq yolunda atılan uğurlu addımdır.

“Xalq qəzeti”

Son xəbərlər