“Taliban” qızların təhsilinə qadağa qoyub

post-img

“Associated Press” agentliyi yazır ki, bu günlərdə Əfqanıstandakı tanınmış din alimləri bu ölkədə hakimiyyətdə olan “Taliban” iqtidarını qızların məktəblərdə təhsil almalarına icazə vermədiyi üçün kəskin pisləyiblər. Lakin təhsil naziri İslamın tanınmış elm adamlarını “hakimiyyətə qarşı qiyam qaldırmamağa və bu mübahisəli məsələyə girişməməyə” çağırıb. 

Qeyd etmək lazımdır ki, Əfqanıstanda qızların altıncı sinifdən sonra məktəblərə gələrək təhsil almalarına qadağa qoyulub. Qızlar universitetlərə də daxil ola bilməz­lər. Bundan başqa, bu ölkədə qız və gə­linlər bir çox ictimai yerlərdə, o cümlədən parklarda görünməməlidirlər. Onların bir çox peşə sahələrində çalışmaları da məq­bul sayılmır. 

Ötən həftə hökumət qadınların BMT-nin bu ölkədəki qurumlarında işləmələrinə də qadağa qoyub. Düzdür, hakimiyyətə bu barədə hələlik rəsmi açıqlama vermə­yib. 

İqtidar nümayəndəsi bildirib ki, bir çox vilayətlərdə orta məktəblərin fəaliyyətinin dayandırılması müvəqqəti qərar hesab oluna bilər. Lakin mart ayında məktəblər yenidən qız uşaqları olmadan fəaliyyətlə­rini davam etdirib. 

Əfqanıstanda qızların təhsil almaları­na icazə verilməməsi dünyada qəzəb və hiddət doğurub. Bu, elə bi zamanda baş verir ki, ölkə humanitar fəlakət yaşayır və iqtisadiyyat, demək olar ki, tamamilə çö­küb. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər