Qardaş ölkə ilk müşahidə peykini orbitə buraxır

post-img

Türkiyə özünün ilk müşahidə peykini bu gün kosmosa buraxır. Bu barədə bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazmışdı.

Dövlət başçısı aprelin 11-də baş tutacaq hadisə ilə bağlı qeyd etmişdi: “Bizim milli müəssisələrdə istehsal olunmuş və yüksək səviyyəli çəkiliş imkanlarına malik ilk IMECE müşahi­də peykimiz kosmosda özünün orbi­tinə buraxılacaq”.

Qeyd edək ki, bununla Türkiyə­nin yerətrafı orbitdəki peyk qruplaş­malarının sayı 10 aparata çatacaq. Ərdoğanın sözlərinə görə, Türkiyə özünün insan ehtiyatlarının, imkanla­rının və texnologiyalarının hesabına qlobal kosmik yarışda inkişafını da­vam etdirir.

Aprelin əvvəllərində Türkiyə li­deri ölkəsinin Ukrayna münaqişəsi­nin başa çatması uğrundakı səyləri haqqında danışmış, qeyd etmişdi ki, Ankara bu böhran üzrə balanslaş­dırılmış və ölçülüb-biçilmiş siyasət aparır. 

“Xalq qəzeti”

Son xəbərlər