20 ildə 1660 jurnalist öldürülüb

post-img

Jurnalistlər dünyada ən çətin və təhlükəli peşə sahibləri sayılırlar. İraq və Suriyadan sonra qələm əhli üçün ən təhlükəli ölkə Əfqanıstan hesab olunur. Bu ölkədə jurnalistlərin zorakılıqla qarşılaşması və qətlə yetirilməsi adi hal alıb.

“Sərhədsiz reportyorlar” təşkilatının hesa­batında deyilir ki, son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib. Ölüm hadisələri əsasən İraq, Suriya və Əfqanıstanda baş verib. Bu gün də adıçəkilən hər üç ölkə jurnalistlər üçün təh­lükəlidir. İraqda 300, Suriyada isə 280 jurnalist qətlə yetirilib. Jurnalistlər üçün təhlükəli ölkələr siyahısına Yəmən, Somali, Fələstin də əlavə olunub.

Ukraynada davam edən hərbi əməliyyatlar zamanı qətlə yetirilən jurnalistlərin adları da siyahıya daxil edilib. Bütün bunlara baxmaya­raq, jurnalist sənəti dünyada həm də ən nüfuzlu peşələrdən sayılır. 

“Xalq qəzeti”

Son xəbərlər