Avropa şirkətləri tankerlərini satır

post-img

Bir çox Avropa şirkətləri maddi itkilərinin yerini doldurmaq məqsədilə tankerlərini satır, naməlum alıcılar isə yeni marşrutlar üzrə Rusiya yanacağını daşımaq üçün gəmilər almaqla davam edirlər.

“Euronews” agentliyi yazır ki, son bir ay ərzində 54 gəmi satılıb. Buna baxmayaraq, yalnız 12 halda alıcılar məlumdur. Xəbərdə qeyd olunur ki, bir neçə gün əvvəl Almaniyanın “German Tanker Shipping” gəmiçilik şirkəti bir dəfəyə rekord qiymətə 2 tanker satıb. 

Yeri gəlmişkən, gəmilərin hər biri 15 milyon dollara satılıb. Naməlum alıcılara satılan gəmilər Rusiyanın Baltikyanı limanlarından neft məhsul­larının daşınması üçün yararlıdır.

Yeri gəlmişkən, “GTS”-in icraçı tərəfdaşı Frank Janqman bildirib ki, şirkət Rusiyadan neft məhsullarının nəqlindən imtina etməli olub. Ticarət sanksiyalarının təsir təhlükəsi, o cüm­lədən qiymət tavanı şirkəti Rusiya ba­zarını tərk etməyə məcbur edib.

Mütəxəssislərin fikrincə, ola bilər ki, almaniyalı gəmi sahibi Rusiya neft məhsullarının daşınmasını dayandı­rıb, lakin Rusiya limanları vasitəsilə iş­ləməyə davam edib. Bunu naviqasiya portallarının məlumatları sübut edir.

“Xalq qəzeti”

Son xəbərlər