Avropa Parlamentinin deputatı ictimai yerdə narkotik vasitə olan kokaindən istifadə edərkən tutulub. Bu barədə “Twitter”də məlumat yayıldıqdan sonra istifadəçilər onu ittiham ediblər. Bununla bağlı müxtəlif dillərdə paylaşımlar edilib. Məlumatı “Euronews” verib.
İstifadəçilərdən biri ingilis dilində yazıb: “Avropa Parlamenti üzvünün iclas zamanı kokaindən istifadə etdiyini görmək təəccüblüdür”.
Bununla bağlı videomaterialdan aydın görünür ki, bir nəfər əlindəki hansısa şeyi iyləyir.
Diqqətli araşdırma nəticəsində bu şəxsin Yens Mayer olduğu müəyyənləşib. O, keçmiş hakimdir, alman siyasətçisidir, sırf sağçı populist partiya olan “Almaniya üçün alternativ”in üzvüdür. 2017-ci ildə Saksoniyadan Almaniya Bundestaqına seçilib. 2021-ci ildə isə seçkidə uğur qazana bilməyib.
“Xalq qəzeti”