Rusiya və ABŞ hibrid müharibə orbitində

post-img

Rusiya və ABŞ münaqişənin qaynar fazasına daxil olublar. Belə bir bəyanatla Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib. Məlumatı “İnterfaks.ru” verib. 

Ryabkov deyib ki, ABŞ Rusiyaya qar­şı ən müxtəlif istiqamətlər üzrə hibrid mü­haribəyə cəlb olunub və bu müharibənin bəzi formaları əvvəllər tarixdə olmamış analoqsuz xarakter daşıyır.

Nazir müavini nüvə müharibəsi barə­dəki söhbətlərə də aydınlıq gətirərək deyib ki, Rusiya bu müharibədə qalibin olmayacağını dəfələrlə bildirib, ona görə də buna yol vermək olmaz. Onun sözlə­rinə görə, ABŞ heç nəyi nəzərə almadan eskalasiyanı davam etdirir, onlar Rusiya­nı strateji məğlubiyyətə uğrada biləcək­ləri inamından kor olublar. Diplomat Va­şinqtonun, sözün həqiqi mənasında, odla oynadığını qeyd edib. 

Ryabkov deyib ki, Rusiyanın hər cür tədbir görməkdə qətiyyətli olduğunu və öz suverenliyini, ərazi bütövlüyünü, döv­lətçiliyini qorumaq üçün bütün vasitələr­dən istifadə edəcəyini qiymətləndir­məməsi ABŞ üçün dəhşətli səhv olacaq. 

“Xalq qəzeti”

Son xəbərlər