4,5 min mənzil kirayə yolu ilə satılıb

post-img

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən indiyədək 50 min 216 borcalana 3 milyard 92 milyon 763 min manat kredit verilib.

Fondun məlumatına görə, ötən müd­dətdə 475 milyon 296 min manat məb­ləğində biznes kreditlərinə zəmanət veri­lib, 4510 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, adı çəkilən fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin bir­ləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Qurum milli maliyyə tə­sisatlarına uzunmüddətli subsidiyalaşdı­rılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

İqtisadiyyat