Sığorta sferası sürətlə genişlənir

post-img

Bu sahə üzrə yığım 7 ayda 31,2 faiz artaraq 761 milyon 801 min manata çatıb

Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayan sığorta bazarı rəqabətin kəskin, biznesin isə mürəkkəb olduğu bir sahədir. Buna görə də hökumət bu sektorun üzləşdiyi problemlərin həllini daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, son 5 ildə sığorta bazarı həcminin davamlı şəkildə yüksəldiyi müşahidə edilir. Son illər ərzində hər il sığorta haqlarının həcmi orta templə 15-18 faiz artır.

Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkəmizdə sığorta yığımları 31,2 faiz artaraq 761 milyon 801 min manata çatıb. Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 17,4 faiz artaraq 282 milyon 977 min manat təşkil edib. 7 ay ərzində sı­ğorta bazarında toplanan hər 100 manat sığorta haqqının 37,1 manatı ödənişə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 41,5 manat olub.

Hesabat dövrü ərzində Azərbay­canda könüllü sığorta növləri üzrə 559 milyon 287 min manat, icbari sığorta növləri üzrə 202 milyon 513 min ma­nat sığorta haqqı toplanılıb. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə könül­lü sığorta növləri üzrə toplanan sığorta haqqları 27,5 faiz və ya 120 milyon 577 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 42,8 faiz və ya 60 milyon 723 min manat artıb.

Ötən 7 ayda könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 18,5 faiz arta­raq 221 milyon 326 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13,4 artaraq 61 milyon 651 min ma­nata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul ayla­rında könüllü sığorta bazarında topla­nan hər 100 manat sığorta haqqından 39,6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 42,5 ma­nata bərabər olub. Cari ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,4 manat təşkil edib. Bu göstərici isə ötən ilin ilk 7 ayın­da 38, 3 manata bərabər olub.

Azərbaycanda ötən 7 ayda həyat və qeyri-həyat sığorta yığımları da ar­tıb. Belə ki, hesabat dövründə respub­likada həyat sığortası ilə 338 milyon 307 min manat, qeyri-həyat sığortası hesabına isə 220 milyon 980 min ma­nat sığorta haqqı toplanılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35,9 faiz və ya 89 milyon 292 min manat, qeyri-həyat sığortası ilə yığımlar 16,5 faiz və ya 31 milyon 285 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25,8 faiz artaraq 166 milyon 259 min manat, qeyri-həyat sığorta üzrə ödənişlərin həcmi isə 0,9 faiz ar­taraq 55 milyon 66 min manata bəra­bər olub.

Beləliklə, cari ilin yanvar-iyul ayla­rında həyat sığorta bazarında toplan­mış hər 100 manat sığorta haqqından 49,1 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 20,7 ma­nata bərabər olub. Hesabat dövründə qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,9 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 28,8 manata bərabər idi.

Yeri gəlmişkən, 2022-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycan sığorta bazarında 20 sığorta və bir tək­rarsığorta şirkəti fəaliyyət göstərib. Sı­ğorta şirkətlərindən 5-i həyat, 15-i isə qeyri-həyat sığorta şirkəti kimi qeydə alınıb. Sığorta sektorunun fəaliyyəti, həmçinin 29 sığorta brokeri və 652 sı­ğorta agenti vasitəsilə təmin edilib. 

Keçən il sığorta haqlarında artım dinamikası müşahidə edilib. 2022-ci ildə sığorta haqları 2021-ci ilə nəzərən 15 faiz (127 milyon manat) artaraq 971 milyon manata çatıb. Dövr ərzində kö­nüllü sığorta növləri üzrə 24 faiz artım (141 milyon manat), icbari sığorta növ­ləri üzrə isə 6 faiz azalma (14,6 milyon manat) müşahidə edilib. Könüllü sığor­ta növləri üzrə artımın əsas drayve­ri kimi həyatın yaşam sığortası olub. Belə ki, bu növ sığorta üzrə yığılan sı­ğorta haqları 45 faiz (124 milyon manat artım) artaraq 397 milyon manat təşkil edib. Ümumilikdə, son 6 il ərzində sı­ğorta haqlarının mürəkkəb illik artım tempi 12,2 faiz olub. Son 6 il ərzində, müvafiq göstərici həyat sığorta sinifləri üzrə 15,7 faiz, qeyri-həyat sığorta sinif­ləri üzrə isə 5,6 faiz təşkil edib. 

Sığortaçı-ekspertlər tərəfindən son illər ərzində ölkədə sığorta haqlarının davamlı şəkildə artdığı bildirilir. Belə ki, əgər 2019-cu ildə respublikada 650 milyon manat sığorta ödənişi toplan­mışdısa, 2023-cü ilə həmin rəqəmin 1,2-1,3 milyard manat olacağı, bununla da son dörd il ərzində sığorta bazarının təqribən iki dəfə genişlənəcəyi proq­nozlaşdırılır. 

Xatırladaq ki, 2022-ci ildə Azər­baycanda sığorta şirkətləri 970 milyon 822 manatdan yuxarı sığorta ödənişi toplayıb, ödənişlər isə 433 milyon 202 manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-iyun aylarında isə Azər­baycandakı 20 sığorta şirkətinin xətti ilə 648,945 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 32 faiz çox olub. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,6 faiz çoxdur.

6 ay ərzində sığorta bazarında top­lanmış hər 100 manat sığorta haqqının 34,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 manat olub.

Ümumiyyətlə, son 6 il ərzində sı­ğorta haqlarının illik artım tempi 12,2 faiz olub. Müvafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15,7 faiz, qeyri-hə­yat sığorta sinifləri üzrə isə 5,6 faiz təş­kil edib. 

Nihat QORQUD ƏLİYEV,
iqtisadçı-ekspert

Respublikamızda sığorta bazarı­nın davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də maliyyə sahəsi qarşısında çeviklik, rəqa­bətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr durur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Mil­li Prioritetlər” sənədində isə bu sek­torda sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdi­rilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri va­sitəsilə sığorta bazarı həcminin hər il 10 faiz artırılması əsas məqsəd kimi diqqətə çatdırılır. 

Sonda onu da qeyd edim ki, Mərkəzi Bank sığortalıların hüquq və vəzifələri barədə məlumatlandırılma­sına, sığortaya olan inamın artırılma­sına hər zaman xüsusi diqqət yetirir, daim sığortaçıların sığorta ödənişləri ilə bağlı bütün öhdəliklərinin tam və vaxtında həyata keçirilməsi üçün onların maliyyə dayanıqlığının güc­ləndiirlməsi üçün mütəmadi tədbir­lər gerçəkləşdirir. Hazırda sığorta hadisəsi gerçəkləşdikdə sığorta zərərinin ödənilməsi ilə bağlı heç bir problem yaşanmır. Bu, riskin ortadan qaldırılması üçün sığortaçıların ma­liyyə dayanıqlığının gücləndirilməsi istiqamətində gerçəkləşdirilən tədbir­lərin nəticəsidir.

Respublikada sığortaçıların sı­ğortalılara qarşı ədalətli münasibəti­nin reallaşdırılmasına da xüsusi əhə­miyyət verilir. Bundan əsas məqsəd isə sığorta hadisəsi baş verdiyi za­man onun düzgün qiymətləndirilmə­sini, zərərin düzgün müəyyənləşdi­rilməsini, ödənişin vaxtında həyata keçirilməsini, prosesdə sığortalılara qarşı sığortaçıların ədalətli rəftarını həyata keçirməkdir. Mərkəzi Bank ic­bari sığorta sahəsində qanunvericili­yin tənzimlənməsi çərçivəsində həm beynəlxalq, həm də xarici təcrübələr əsasında qanunları, eyni zamanda, nəzarət mexanizmlərini mütəmadi şəkildə təkmilləşdirir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”





İqtisadiyyat