DİN-nin Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 5-də ümumi çəkisi 29,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 1,5 tondan artıq çəkidə 903 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
XQ