Diaspor aksiyaları erməni qəsdlərini ifşa edir

post-img

Birləşmiş Millətlər Təşkilatının Almaniyanın Bonn şəhərindəki ofisinin önündə Azərbaycan icmasının dinc aksiyası keçirilib.

Aksiya iştirakçıları 30 il ərzində iş­ğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz səsini ucaldıb­lar.

Aksiya zamanı “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Er­mənilərin minaları dinc sakinləri öldü­rür!” şüarları nümayiş etdirilib.

Aksiya iştirakçıları BMT-nin Təh­lükəsizlik Şurasını əməli fəaliyyətə keçməyə – Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitini qorumağa, Ermənistanın ekosidinə son qoymağa, bərpa işləri üçün beynəlxalq yardım göstərməyə, Azərbaycan vətəndaşla­rının Qarabağda təhlükəsizliyini təmin etməyə və insan hüquqlarını qoruma­ğa çağırış ediblər.

***

Ermənistanın beynəlxalq ictimaiy­yəti siyasi, hərbi və informasiyayönüm­lü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsə­dilə Çexiyanın paytaxtı Praqada məlu­matlandırma aksiyası keçirilib.

Şəhərin mərkəzində – BMT, UNICEF, Ümumdünya Səhiyyə Təşki­latı və digər beynəlxalq qurumların nü­mayəndəliklərinin yerləşdiyi küçədə baş tutan məlumatlandırma aksiyası Azər­baycan icmasının fəalı Fərid Əmirəliye­vin təşkilatçılığı ilə gerçəkləşdirilib.

“Xalq qəzeti”



Siyasət