Prezidentin köməkçisi “France24”ə cavab verib

post-img

“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şö­bəsinin müdiri Hikmət Hacıyev “X”-də yazıb.

O bildirib ki, “France24” məqaləsin­də Azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”: “Bu, təbliğatın iyrənc formasıdır. Obyektiv­likdən, jurnalist etikasından uzaqdır”.

* * *

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonra­kı barışıq prosesin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şö­bəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

O bildirib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı ermə­ni əsir düşərgələrində 4000 azərbay­canlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öl­dürüldüyü kütləvi məzarların geoloka­siyasını təqdim etməkdən imtina edir:

“Kütləvi məzarlıqlarda qalıqları ta­pılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığı­na qovuşduğuna çox seviniblər”.

Qeyd edək ki, itkin düşmüş 15 nəfə­rin taleyinə aydınlıq gətirilib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”



Siyasət