Ermənistanın revanşist siyasəti Rumıniya qəzetində

post-img

Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzetində Azərbaycanının bu ölkədəki səfiri Hüseyn Nəcəfovun Ermənistanın revanşist siyasəti barədə məqaləsi yayımlanıb. 

Məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi­nin təqribən 20 faizinin otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qaldığı, bir milyondan çox azərbaycan­lının doğma yurdlarını tərk etmək məc­buriyyətində qalaraq məcburi köçkünə çevrildiyi vurğulanıb. Həmçinin bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müha­ribəsində şanlı Qələbə qazanan Azər­baycan ərazi bütövlüyünü bərpa etdi. Ədalətin zəfər çalması, çoxlu sayda məcburi köçkünün doğma yurdlarına qayıtması, genişmiqyaslı bərpa-qu­ruculuq işlərinin başlanması ilə hərb səhifənin çevrilməsi və münasibətlərin normallaşması üçün tarixi fürsət yara­nıb. 

Yazıda Ermənistanın silahlı qü­vvələrinin 10 min nəfərədək şəxsi heyətini Azərbaycan ərazisindən tam çıxarmaması ilə yanaşı, bu qüvvələri davamlı təchiz etdiyi, eləcə də Azər­baycanın təbii sərvətlərini qanunsuz istismarını davam etdirməyə çalışdığı qeyd olunub. Bildirilib ki, buna görə də Ermənistan dünya miqyasında təbliğat kampaniyasına başlayıb, sərhəd-keçid məntəqəsinin normal fəaliyyətinin qar­şısını almaq, eləcə də Qarabağa yüklə­rin çatdırılması üçün Ağdam–Xankəndi yolu kimi digər marşrutlardan istifadə etməmək üçün bir sıra maneələr yara­dıb.

“Xalq qəzeti”

Siyasət