Messinin Argentina millisində vida oyunu

post-img

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub.

Messinin Venesuela komandasına qarşı keçirdiyi görüş seçmə mərhələdə 72-ci olub. Bu göstəriciyə görə 38 yaşlı hücumçu Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, ötən gecə baş tutan Argentina – Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub. Dünya şöhrətli ulduz futbolçu vida matçında göz yaşlarını saxlaya bilməyib.

Qabil YUSİFOĞLU 
XQ

İdman