Hədəfi sərrast nişan alanlar

post-img

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib ki, güllə atıcılığı üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.

Kişilər arasında 50 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov qızıl, Hacı Musayev gümüş, Vladislav Kalmıkov bürünc medal qazanıb.

Qadınlar arasında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəş açma yarışında isə Zeynəb Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nilufər Səmədli ikinci, Sofiya Barxalova isə üçüncü yeri tutub.

Həmin məsafədə kişilər arasında Ruslan Lunyov qızıl, İmran Qarayev gümüş, Cəfər Sultanlı isə bürünc medala sahib olub.

Bundan əlavə 50 metr məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışında Nigar Ramazanova birinci, Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yeri tutub.

Qabil YUSİFOĞLU 
XQ

İdman