DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 3 benefisiarı peşə təhsili müəssisələrinə qəbul olub

post-img

Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul olub. Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb kollecində Mamalıq işi ixtisası üzrə davam etdirəcək. Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər benefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə Məktəbində Telekominikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisasında təhsil alacaq.

Mustafa KAMAL
XQ

Sosial həyat