Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.
"Xalq qəzeti"

