Kənd təsərrüfatında yeni dövlət standartı

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabe­liyində olan Azərbaycan Standartlaşdırma İnstitu­tu (AZSTAND) tərəfindən “AZS 939:2023” – “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Termin və təriflər” dövlət standartı qəbul edilib.

AZSTAND-dan verilən açıqlamada bildirilib ki, respublika­mızda heyvandarlığın inkişaf etdirilməsinin şərtlərindən biri də yüksək genetik məh­suldarlıq potensialı olan heyvanların sa­yının artırılması yolu ilə yeni təsərrüfatların formalaşdırılması və intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edil­məsidir. Bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrü­fatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standart­laşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və adıçəkilən institut tərə­findən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

“Xalq qəzeti”

İqtisadiyyat