“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu ilin ilk 7 ayında dəmir yolları ilə ümumi yükdaşımada 5 faiz artım olub. İlin əvvəlindən indiyədək vaqonlarla 10,6 milyon ton yük daşınıb.
Qatarlarla sərnişindaşımada da müsbət göstərici əldə edilib. Belə ki, cari ilin yanvar–iyul aylarında Azərbaycanda dəmir yolları ilə 3 milyon 753 min insan daşınıb. Bununla da həmin müddətdə dəmir yolları ilə sərnişindaşımada 51 faiz artım qeydə alınıb.
“Xalq qəzeti”

