İxracın strukturunda qeyri-neft məhsullarının payı artır

post-img

Dünyaya iqtisadi inkişafın “Azərbaycan modeli”ni təqdim edən ölkəmizdə qlobal çağırışlara uyğun yeni hədəflər müəyyənləşdirilir. Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi potensialı, getdikcə artmaqda olan maliyyə imkanları və qlobal trendlər istənilən hədəfə çatmağa imkan yaradır. Bundan əlavə, ölkəmizdə müəyyənləşdirilmiş yeni inkişaf istiqamətlərinin səmərəliliyini təmin etmək məqsədilə hüquqi baza yaradılır, strateji yol xəritələri işlənib hazırlanır. 

Son illər Azərbaycanda qeyri-neft sek­torunun dinamik inkişafı fonunda rəqabət qabiliyyətli məhsulların istehsalı getdikcə artır. Bu da ölkəmizin ixrac potensialının güclənməsinə səbəb olur. Eyni zamanda, “Made in Azerbaijan” brendinin yaradıl­ması ölkəmizin ixrac imkanlarının geniş­ləndirilməsi baxımından mühüm əhəmiy­yət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xa­rici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və mar­ketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və la­yihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyən­ləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edil­məsi haqqında 2016-cı il 5 oktyabr tarixli Fərman da ölkəmizin ixrac coğrafiyasının genişləndirilməsi üçün imkanlar yaradır. 

Ötən müddətdə “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təbliği məqsə­dilə ixrac missiyaları təşkil edilib, yerli məhsullarımız beynəlxalq sərgilərdə va­hid ölkə stendində nümayiş olunub. Bu barədə Azərbaycan Respublikasının İxra­cın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Ab­dullayev fevralın 28-də keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, 2022-ci ildə Azərbaycan şirkətləri öz məh­sullarını Rusiyada “Prodexpo”, BƏƏ-də “Gulfood” kimi beynəlxalq sərgilərdə vahid ölkə stendində, eləcə də Bakıda Rusiyanın aparıcı şirkətlərindən biri kimi tanınan “X5 Group” üçün təşkil olanan qida sənayesi sərgisində nümayiş etdiriblər. Azərbay­can sahibkarlarının beynəlxalq sərgilərdə iştirakının bu il də davam etdiriləcəyini diqqətə çatdıran AZPROMO rəhbəri de­yib ki, cari ilin yanvar ayının sonlarında Azərbaycan məhsulları Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində nüma­yiş olunub. “Şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahə­sində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti sözügedən sərgidə “Made in Azer­baijan” vahid ölkə stendi ilə iştirak edib. Ümumilikdə, indiyədək Azərbaycan məh­sulları 42 beynəlxalq sərgidə nümayiş olu­nub”,–deyə Y. Abdullayev əlavə edib.

Qabaqcıl texnika və texnologiyala­rın tətbiqi ilə rəqabət qabiliyyətli məh­sul istehsalına nail olan yerli şirkətlərin dünya bazarına çıxış imkanları getdik­cə artır. Belə bir şəraitdə ixracın təşviqi, yerli şirkətlərə dəstək mexanizminin ya­radılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Azərbaycanın yeni “Milli ixrac strategiyası” mühüm əhəmiyyət daşıyır. Ötən il hökumətə təqdim olunan milli ixrac strategiyası layihəsində yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. Layihə­də, həmçinin kənd təsərrüfatı və sənaye məhsullarının ixracının genişləndirilməsi prioritet istiqamət kimi müəyyənləşdiri­lib. Bundan əlavə, sənəddə xidmət ixracı da yer alıb. Bütövlükdə isə, 2026-cı ildə ölkənin qeyri-neft ixracının 5 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Azərbaycanın milli ixrac strategiyasının isə 2023-cü ilin ikinci rübündə təsdiqi göz­lənilir. Bu barədə İxracın və İnvestisiyala­rın Təşviqi Agentliyindən məlumat verilib. 2026-cı ilə qədər icrası nəzərdə tutulan milli ixrac strategiyasında yeni bazarla­ra çıxış, mövcud bazarlarda mövqeyin möhkəmlənməsi kimi tədbirlər nəzərdə tutulub. Xarici və yerli ekspertlərin iştirakı ilə tərtib olunan bu strategiyada, həmçinin Azərbaycanda istehsal olunan rəqabət qabiliyyətli 100-dən çox məhsul müəy­yənləşdirilib. 

Məlum olduğu kimi, Azərbaycanın ixrac etdiyi malların siyahısında ənənəvi olaraq enerji daşıyıcıları üstünlük təş­kil edir. Bu da qlobal enerji bazarlarında neft-qaz məhsullarına tələbatın artdığı bir şəraitdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ilə bağlıdır. 

Qarşıda duran əsas vəzifə isə neft­dən kənar sahələrdə ixrac həcmlərinin artırılmasına nail olmaqdır. Elə Prezi­dent İlham Əliyevin imzaladığı müvafiq fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin əsas istiqamətlərindən biri də adambaşı­na düşən qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırmaqdır. Bu isə qeyri-neft ixracının üç dəfədən çox artırılması deməkdir. Dövlət Statistika Ko­mitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə 38,1 milyard ABŞ dolları məbləğində məhsul ixrac edilib ki, bunun da 3 milyard dolları qeyri-neft sek­torunun payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 10,3 faiz artıb. Otən ilin 11 ayı ərzində ölkəmiz qeyri neft-qaz məhsullarının ixracından 2 milyard 386 milyon dollar gəlir əldə edib. 

Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı bildirib ki, ixracın strukturunda qeyri-neft sektorunun payının artması, əsasən, kənd təsərrüfatı məhsullarının emalı, emal sənayesi məhsullarının ixracı sayə­sində nail olunub. “Bu, bizim üçün böyük nailiyyətdir, müstəqillik tariximizdə qeydə alınmış ən yüksək göstəricidir”, – deyə o əlavə edib. Yeri gəlmişkən, Azərbaycanda 2023-cü ildə qeyri-neft məhsullarının ixra­cının daha da artaraq 3,4-3,5 milyard ABŞ dolları səviyyəsinə çatacağı gözlənilir. 

Son illər ölkə ərazisində yeni sənaye parkları yaradılır. Bu da qeyri-neft səna­yesinin inkişafına təkan verməklə yanaşı, ölkənin ixrac imkanlarının artmasına mü­hüm töhfələr verir. Yeni sənaye zonaların­da istehsal olunan müxtəlif təyinatlı məh­sullar dünya bazarında getdikcə daha çox tanınır. Bunun nəticəsidir ki, ixracın strukturunda qeyri-sənaye mallarının payı ilbəil artır. 

Hazırda “Yaşıl enerji”yə keçid kimi xa­rakterizə olunan qlobal enerji siyasəti öz aktuallığını getdikcə artırır. Artıq dünyanın əksər qabaqcıl ölkələrində yaxın pers­pektivdə mədən yanacağından tədricən “yaşıl enerji”yə keçiilməsi planlaşdırılır. Bu məqsədlə mövcud potensial ən müa­sir texnologiyaların tətbiqi ilə hərəkətə gətirilir, alternativ və bərpaolunan enerji istehsalına diqqət artırılır. “Yaşıl keçid” platformasının əsas iştirakçılarından olan Azərbaycanın da bu sahədə potensialı olduqca yüksək qiymətləndirilir. Bərpa­olunan enerji potensialının hərəkətə gə­tirilməsi istiqamətində görülən işlər isə ölkəmizin yaxın illərdə “yaşıl enerji” ixra­catçısına çevrilməsinə imkan verəcək. 

Qarşıdakı illərdə qeyri-neft sektoru­nun inkişafı, ölkə iqtisadiyyatının şaxələn­dirilməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda daha çox tanıdılması, eləcə də ixracın və istehsalın stimullaşdırılması məqsədilə işlər davam etdiriləcək.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat